Fransanın müxalif Milli Birlik Partiyasının lideri Marin Le Pen Rusiyanı Ukraynaya təcavüzünə görə tənqid edib və Kiyevə dəstəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya təcavüz etməklə Avropa Birliyinin astanasında müharibə və son 20 ilin ən dramatik geosiyasi böhranına səbəb oldu. Ukrayna xalqına hörmətimiz və dəstəyimiz var”, - Le Pen qeyd edib.

Milli Birlik və lideri Rusiya və Prezident Vladimir Putinə yaxınlığı ilə tanınır. Hətta Fransanın Sol Partiyası Le Penin partiyasını Rusiyaya casusluqda ittiham edərək, Paris prokurorluğuna şikayət edib.