Rusiya Prezidenti Vladimir Putin serbləri Rusiyanın ən etibarlı müttəfiqi adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin bildirib ki, serblər əsrlər boyu Rusiyanın ən etibarlı müttəfiqləri olublar:

“Biz bunu bilirik və dəyər veririk. Ümumiyyətlə, Rusiya və Serbiyanın münasibətləri xüsusi xarakter daşıyır. Mən həmişə bu barədə səmimiliklə danışıram”.

Qeyd edək ki, Serbiya Rusiyaya sanksiyalar tətbiq etməkdən imtina edib.