Rusiya Prezidenti Vladimir Putinin rəsmi seçkiqabağı qərargahına Kremlin daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Yarin qərargaha bir şərtlə rəhbərlik edəcək ki, Putin seçkilərdə namizədliyini irəli sürməyə qərar versin.

Qərargaha Kremlin bir neçə departamentinin əməkdaşları, o cümlədən hakim “Vahid Rusiya” partiyasının nümayəndələri daxil olacaq.