Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.
Zəlzələnin dərinliyi 10 km olub, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.