Özbəkistanda prezident seçkilərində seçki məntəqələri açılıb.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.

Səsvermə yerli vaxtla saat 20:00-a qədər davam edəcək.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.