Çeçenistan lideri Ramazan Kadırov sosial şəbəkələrdəki sensasion açıqlamalarına yenisini əlavə edib.

Teleqraf.com xəbər verir ki, Kadırov Rusiyanın Ukraynadakı müharibəsini “Şeytana sitayiş edən satanistlərə qarşı cihad” adlandırıb.

“Sərhədlərimiz Xarkovla bitmir: Kiyev, Odessa, Lvov... Bütün Ukrayna bizimdir. Hər şəhəri yerlə-yeksan edəcəyik. Hər qarış torpağı zəbt edəcəyik. Allaha and olsun, bu stanistlərə qarşı cihaddır”, - Çeçenistan lideri bildirib.

Kadırov Rumıniya-Ukrayna sərhədində yerləşən ABŞ-ın 101-ci Hava Desant Diviziyasına meydan oxuyub:

“Ukrayna sərhədinə gələn Amerika hərbçiləri var. Kişisinizsə, qarşıma çıxın”.