Almaniyanın xarici işlər naziri Annalena Berbokun Yunanıstan və Türkiyəyə səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, dünən Afinaya gedən Berbok bu gün İstanbulda xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, daha sonra Ankarada müxalifət liderləri ilə müzakirə aparacaq.
Səfəri öncəsi çıxış edən Berbok bəyan edib ki, Türkiyə ölkəmizlə sıx əlaqələri olan əvəzsiz bir tərəfdaşdır.
Nazirin sözlərinə görə, Türkiyənin Qara dənizdəki vasitəçiliyi aclıq böhranının qarşısını alıb və milyonlarla insanın ümidinə çevrilib.
İxtilaflı məqamları gəldikdə, Suriyanın şimalında hərbi əməliyyat, Avropa Şurasına üzvlük, insan haqları və öhdəliklər olaraq sıralayan Berbok bildirib ki, bu istiqamətlərdə yollarımızı birləşdirməyə çalışmalıyıq.