Video əlavə olunub:
Avropa Parlamentinin fransalı üzvü Gilles Lebreton Türkiyənin ev sahibliyi ilə taxıl sazişinin imzalanmasından sonra Fransa prezidenti Emmanuel Makrona sərt tənqid edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, “Taxılın sövq edilməsi sazişi” İstanbulda prezident Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Quterreş və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə imzalanıb.
Gilles Lebreton razılaşmada Türkiyənin təsirinə diqqət çəkib:
“Ukrayna taxılının ixracına dair razılaşma Afrikada aclığın qarşısını almağa imkan verəcək. Təəssüf ki, BMT ilə danışıqlar aparan Makron deyil, Ərdoğan olub. Türkiyə Fransadan güclüdür!” - deyə Lebreton bildirib.