Almaniya IRIS-T hava hücumundan müdafiə sisteminin Ukraynaya nə vaxt veriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Burbok bildirib.
“Bir çox Avropa dövlətləri kimi bizim problemimiz ondan ibarətdir ki, Ukraynanın ehtiyac duyduğu hər şey stokda yoxdur. Buna görə də biz Ukraynaya, məsələn, IRIS-T - ən müasir hava hücumundan müdafiə sistemlərindən birini göndərəcəyik. Bu, istehsal mərhələsindədir və ümid edirəm ki, yayın sonunda hazır olacaq. Beləliklə, biz həmişə Ukraynaya daha çox dəstək vermək üçün başqa nələr edilə biləcəyini yoxlayırıq”,-nazir bildirib.
Berbok əlavə edib ki, Ukraynaya silah tədarükü məsələsi reytinqdə yer uğrunda yarış deyil, söhbət Ukraynanın bütün beynəlxalq ictimaiyyətin, NATO üzvü olan ölkələrin birgə dəstəyindən gedir.
O xatırladıb ki, Almaniya Hollandiya ilə birlikdə Ukraynanı haubitsalarla təmin edir və lazımi sursatlara malik olmadığı üçün qismən başqa ölkələrdən də almağa çalışır.