Böyük Britaniya xarici işlər naziri Liz Trassın G20-nin sammitini vaxtından əvvəl tərk etməsi Rusiya nümayəndə heyətinin “dərin boykot”unun nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində deyib.

“Məhz belədir, Rusiya nümayəndə heyəti “dərin boykot” etdi, sammiti bir gün əvvəl tərk etdi”, - XİN-in sözçüsü bildirib.

Bundan əvvəl Zaxarova iddia edib ki, Qərbin Rusiyanı G20-nin sammitində boykot cəhdləri uğursuzluqla nəticələnib.

Trass ötən həftə Truss G20 xarici işlər nazirlərinin İndoneziyada keçirilən toplantısında iştirakını vaxtından əvvəl dayandıraraq, Baş nazir Boris Consonun istefası ilə əlaqədar vətəninə uçub.