"Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməməlidir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
Onun fikrincə, Ukrayna ərazisi ən azı fevralın 24-dək nəzarətdə olan sərhədlərə qədər bərpa edilməlidir: "Əminik ki, ukraynalılara strateji müqavimət göstərməyə yardım etməliyik. Lakin biz ukraynalı ola bilmərik. Bu, onların böhranıdır və nə edəcəklərinə qərar verməlidirlər".