“Rusiyanın Ukraynadakı müharibədə qələbə qazanması real ehtimaldır”.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya Baş naziri Boris Conson rus ordusunun perspektivlərini belə qiymətləndirib.

O, Qərb kəşfiyyat xidmətlərinin müharibənin ilin sonuna qədər davam edə və Rusiyanın qalib gələ biləcəyi ilə bağlı məlumatlarını şərh edib. Baş nazir bu ehtimalı real hesab etdiyini bildirib.

Consonun sözlərinə görə, Rusiya indi Mariupolla quru dəhlizinin təhlükəsizliyini təmin etməyə çox yaxındır.

“Qorxuram ki, bu mərhələdə vəziyyət gözlənilməz ola bilər”, - Conson deyib.