Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Consonun Britaniya hökumətinin başçısı kimi Hindistana ilk səfəri “qlobal iqtisadi çağırışlar və avtoritar dövlətlərdən gələn təhdidlər” şəraitində “sülh və tərəqqi naminə uzunmüddətli tərəfdaşlığı dərinləşdirmək” məqsədi daşıyır.

Aprelin 21-də Böyük Britaniyanın baş naziri ölkənin Əhmədabad (Qucarat ştatı) şəhərinə səfər edəcək, burada yerli işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Hindistan əsilli britaniyalıların təxminən yarısının bu bölgədən gəldiyi qeyd edilir.