Rusiya S-500 Prometey (55R6M Triumfator-M) uzunmənzilli hava müdafiə sisteminin (HSFS) ilk bateriyasını silahlanmaya təqdim edib.

Teleqraf.com xəbər verir ki, S-500 Prometey sistemlərinin ilk partiyasının Moskvada yerləşdirildiyi açıqlanıb.

İlk S-500-lər Moskva hava məkanını qoruyacaq. Növbəti ildə isə orduya bu sistemlər təslim olunacaq.

Qeyd edək ki, S-500-lərin ilk sınaqları 2021-ci ilin avqustunda ballistik raketə qarşı həyata keçirilmişdi.

S-500 Rusiyanın əlində olan ən müasir sistem hesab olunur.