“Zamanı gəldikdə, beynəlxalq konsensusa uyğun olaraq Taliban hökumətini tanıyacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu Pakistan Xarici işlər naziri Mahmud Qureyşi deyib.
Nazir ölkəsinin paytaxt Kabildəki səfirliyinin normal fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, Taliban dünən Əfqanıstanda hakimiyyəti ələ keçirdiyini açıqlayıb.