Yunanıstan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Konstantinos Floros Səudiyyə Ərəbistanına səfər edib.
Teleqraf.com xəbər verir ki, Ər-Riyadda rəsmi mərasimlə qarşılanan yunan general səudiyyəli həmkarı Fəyyad Həmid əl-Rüveyli ilə görüşüb.
Görüşdə Aralıq dənizinin şərqindəki son durum müzakirə olunub və Florosa Səudiyyə Ərəbistanı Kralı Əbdüləzizin medalı təqdim olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı mart ayında Türkiyə əleyhinə mərkəzə çevrilmiş Krit adasındakı hərbi bazaya ilk dəfə “F-15” qırıcıları göndərib. Tərəflər Egey dənizində birgə təlimlər keçirib.