Britaniyanın “British Airways” aviaşirkəti evdə işləmə sisteminin geniş yayılması səbəbindən “Heasrov” hava limanına yaxın qərargahını satmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu, “British Airways”in İnsan Resursları direktoru Stuart Kennedyin işçilərə göndərdiyi mesajda öz əksini tapıb.
Məktubda qeyd olunub ki, daha çox insan evdə işləməyə başladığı üçün mövcud mərkəz böyüklüyündə bir ofis binasının lazım olub-olmadığı məsələsinə baxılacaq.
Kennedi mesajında bu mövzuda qərar verməyin çox tez olduğunu deyib: “Şirkətin hansı variantı qəbul edəcəyini gözləyib görəcəyik. Qərargah satıldığı təqdirdə, “Heasrov” rəhbərliyinin də yerində başqa bir uçuş-enmə zolağı inşa edə bilər”.