Səudiyyə Ərəbistanı da Qarabağdakı 44 günlük savaşdan sonra Türkiyədən pilotsuz uçan aparatlar (PUA) almağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatında məlumat yayılıb.

Məlumatda Ər-Riyadın Türkiyədən döyüş və kəşfiyyat PUA-ları istədiyi, bununla bağlı tərəflər arasında Qətərdə görüşün keçirildiyi bildirilib.

Yerli mətbuat ABŞ-ın Səudiyyə Ərəbistanına verdiyi silahların Liviya, Yəmən kimi üçüncü ölkələrdə istifadəsini qadağan etdiyini və Ər-Riyadın bundan narahat olduğunu yazıb.

Səudiyyə Ərəbistanı Qətərlə münasibətlərini normallaşdırdıqdan sonra Dohadan bununla bağlı Ankaranın rəyini öyrənməsini istəyib.