BMT və Yəməndəki digər humanitar təşkilatlarda çalışan amerikalılar Husilərin nəzarəti altındakı Sənadan müvəqqəti olaraq köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.

BMT-nin amerikalı əməkdaşlarının hara göndərildiyi bildirilməsə də, personalın ölkədəki şərtlərə görə yenidən geri qayıda biləcəyi deyilib.

Bazar ertəsi gecəsi BMT-nin əməkdaşlarına ABŞ rəhbərliyinin husiləri terrorçu elan edə biləcəyinə dair bir mesaj göndərildiyi iddia edilib. Husilərin terrorçu elan edilməsinin nə kimi nəticələr doğuracağı məlum olmadığı üçün BMT-nin amerikalı əməkdaşlarından Yəmənin şimalını tərk etmələri istənilib.

“Foreign Policy” ABŞ administrasiyasının husiləri terror təşkilatı elan etməsi perspektivini, Prezident Donald Trampın vəzifəsindən ayrılmadan əvvəl Səudiyyə Ərəbistanına verdiyi “ayrılıq hədiyyəsi” adlandırıb.