ABŞ-da prezident seçkilərində səslərin sayılması əsnasında seçki qutularını tərk etməyin.

Teleqraf.com xəbər verir ki, belə bir çağırışı prezidentliyə namizəd Co Bayden sosial şəbəkələrdə edib.

Qeyd edək ki, bu gün ABŞ-da 46-cı prezident seçilir.

Əsas rəqabət indiki Prezident, Respublikaçılar Partiyasının namizədi Donald Trampla Demokrat Partiyasının namizədi Co Bayden arasında gedir.