BAKI, 8 mart. TELEQRAF

UFC rəhbərliyi ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Ağ Evin qarşısında keçiriləcək tarixi "UFC Freedom 250" turnirinin iştirakçılarını açıqlayıb.

Teleqraf xəbər verir ki, iyunun 14-də baş tutacaq gecənin əsas döyüşündə yüngül çəkidə dünya çempionu titulu uğrunda İliya Topuriya və Castin Qeyci üz-üzə gələcəklər.

Turnirin ikinci əsas döyüşü isə ağır çəki dərəcəsində olacaq. Burada Aleks Pereyra və Siril Qanmüvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.

Turnirin tam döyüş siyahısı (Fight Card):

Əsas döyüş: İliya Topuriya – Castin Qetji (Yüngül çəkidə titul döyüşü)

İkinci əsas döyüş: Aleks Pereyra – Siril Qan (Ağır çəkidə müvəqqəti titul döyüşü)

Şon O’Melli – Aymann Zahabi

Maurisio Ruffi – Maykl Çendler

Bo Nikal – Kayl Dokas

Dieqo Lopes – Stiv Qarsiya.

Qeyd edək ki, turnir həmçinin ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Ağ Evin cənub qazonunda qurulacaq xüsusi arenada keçiriləcək döyüşləri təxminən 5000-ə yaxın xüsusi qonağın izləyəcəyi gözlənilir.