BAKI, 30 iyun. TELEQRAF

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə indiyədək 934 nəfərə aid sümük qalıqları daxil olub, şəxsiyyəti müəyyən edilən şəhidlərin nəşləri mərhələli şəkildə ailələrinə təhvil verilir.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrasda bildirib.

Ə.Həsənov qeyd edib ki, bu qalıqlardan 206 nəfərə aid olanlar naməlum şəhid məzarlarından, 79 nəfərə aid olanlar isə vaxtilə şəxsiyyəti müəyyən edilmədən dəfn olunmuş şəhid məzarlarından götürülərək məhkəmə-tibbi ekspertizaya cəlb edilib.

Direktor bildirib ki, aparılan ekspertiza və identifikasiya nəticəsində şəxsiyyəti müəyyən edilən şəhidlərin nəşləri mərhələli şəkildə ailələrinə təhvil verilir:

“İyulun 1-i və 3-də daha 6 şəhidin nəşi ailələrinə təqdim olunacaq”.