BAKI, 14 may. TELEQRAF

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən, “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na yeni – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu əlavə olunub.