BAKI, 30 oktyabr. TELEQRAF

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

İcra başçısı ilə yanaşı, qurumun bir sıra məmurlarının da saxlanıldığı bildirilir.

Saxlanılan şəxslər mənimsədə ittiham olunur.