BAKI, 28 iyul. TELEQRAF

“Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik olunub.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, Nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri, müstəqil şöbələrin müdirləri siyahıya əlavə edilib.

Bundan başqa, siyahının 18-ci hissəsi ləğv edilib. Bunlar aşağıdakılardır:

Mədəniyyət Nazirliyi üzrə:

- Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi;

- Dövlət Akademik Opera və Balet Teatrının direktoru;

- Dövlət Akademik Milli Dram Teatrının direktoru;

- Dövlət Akademik Musiqili Teatrının direktoru;

- Dövlət Akademik Rus Dram Teatrının direktoru;

- Heydər Əliyev Sarayının direktoru;

- Bakı Dövlət Sirkinin direktoru;

- Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru;

- Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru;

- Beynəlxalq Muğam Mərkəzinin direktoru;

- Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru;

- Dövlət Nəşriyyatı “Azərnəşr”in direktoru;

- Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru.

- Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.