BAKI, 8 may. TELEQRAF

Ölkənin mədəniyyət və elm sahələrindəki inkişafına töhfə vermiş bir sıra şəxslərə Prezidentin fərdi təqaüdü verilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, mədəniyyətin və elmin inkişafında əhəmiyyətli xidmətləri olan aşağıdakı şəxslər Azərbaycan Prezidentinin fərdi təqaüdü ilə təltif ediliblər.

Axundov Elçin Əbdül oğlu

Amənzadə Raihə Barxudar qızı

Fərəcov Sərdar Fərəculla oğlu

Göyüşov Nəsib Cümşüd oğlu

Məmmədov Sabir Novruz oğlu

Rövşən Ramiz Məmmədəli oğlu

Yaqubova Ella İsmayıl qızı

Nazirlər Kabineti təqaüdün tətbiqi ilə bağlı müvafiq məsələləri həll etməlidir.