
BAKI, 14 aprel. TELEQRAF
“Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları” təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, hava gəmisi ilə insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yarada biləcək uçuşların yerinə yetirilməsinə icazə olmayacaq.
Həmçinin hava gəmilərinin enməsi və qalxması üçün zəruri olan hallar və ya Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin icazəsi istisna olmaqla, fövqəladə vəziyyətin yaranması zamanı insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yaratmadan hava gəmisi enmənin icazə verdiyi hündürlükdə olmadıqda şəhərlərin və ya qəsəbələrin tıxaclı əraziləri üzərində və ya açıq havada insanların toplaşdığı (izdihamlı olduğu) yerlər üzərində uçuş yerinə yetirməsinə yol verilmir.