BAKI, 13 avqust. TELEQRAF

“ABŞ hazırda Kubaya qarşı bütün variantlarını, o cümlədən hərbi əməliyyatları nəzərdən keçirir”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Panamada jurnalistlərə açıqlamasında deyib.

Kuba ilə bağlı ABŞ tərəfindən hərbi əməliyyatların keçirilməsi ehtimalına dair suala cavab verən Heqset bildirib:

“Bütün variantlar, o cümlədən hərbi əməliyyatlar nəzərdən keçirilir. Kuba Prezident Trampın Amerikanın əsas strateji maraqlarını müdafiə etməyə hazır olduğunu nəzərə alması məqsədəuyğun olardı”.

Müharibə naziri həmçinin qeyd edib ki, ABŞ-nin Kuba ilə bağlı bundan sonrakı addımları üçün çoxsaylı variantları var.

Donald Tramp martın 5-də bəyan etmişdi ki, İrana qarşı əməliyyat başa çatdıqdan sonra Vaşinqton Kuba ilə bağlı bundan sonrakı fəaliyyət kursunun hazırlanması ilə məşğul olacaq.