BAKI, 29 iyun. TELEQRAF
ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro ölkədə baş vermiş iki zəlzələdən sonra vətəndaşlara müraciət edib.
Teleqraf xəbər verir ki, onun müraciətini CNN telekanalı yayıb.
“Biz Siliya ilə birlikdə həlak olanlar, yaralananlar, itkin düşənlər, onların ailələri və hər dəqiqə insan həyatını xilas etmək uğrunda mübarizə aparan hər kəs üçün dua edirik”, - Maduro bildirib.
Venesuela lideri müraciətində həmçinin Matta İncilinin 25-ci surəsindən sitat gətirib: “Biz Səni nə vaxt xəstə və ya zindanda gördük və yanına gəldik? Hökmdar cavab verəcək: “Sizə doğrusunu deyirəm, siz bu kiçik qardaşlarımdan birinə nə etdinizsə, Mənə etmiş oldunuz”.
Xatırladaq ki, ABŞ yanvarın 3-də Nikolas Maduro və həyat yoldaşı Siliya Adela Flores de Madorunu saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar ABŞ-nin Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsi qarşısına çıxarılıblar. Maduro və Flores narkotik ticarətində iştirak etməkdə ittiham olunur. Venesuelalılar irəli sürülən ittihamları qəbul etməyiblər.
Nikolas Maduronun səlahiyyətləri isə Venesuelada onun səlahiyyət verdiyi şəxs, əvvəllər vitse-prezidenti vəzifəsində çalışmış Delsi Rodriges tərəfindən icra olunur.