BAKI, 18 iyun. TELEQRAF

“Avropa ABŞ-dən asılı olmamalıdır, Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill və Fransanın keçmiş prezidenti Şarl de Qoll bunu istəmirdi”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

“Avropa ABŞ-dən asılı olmamalıdır. Çörçill, de Qoll və (Almaniyanın keçmiş kansleri) Konrad Adenauer bunu istəmirdi. Avropa hərbi güc olmalıdır”, - o bildirib.

Heqset əlavə edib ki, Avropanın hərbi güc mərkəzi olacağı və onun müttəfiqi kimi güclü Amerikanın yanında dayanacağı gözlənilir.