BAKI, 17 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə və sülh razılaşmasında tərəddüdə görə kimin - Moskvanın, yoxsa Kiyevin məsuliyyət daşıdığı sualına aydın cavab verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu, Amerika liderinin jurnalistlərlə söhbəti zamanı baş verib.
“Bəli, bu barədə şərh vermək istəmirəm, çünki bunu həll etməyə çalışıram. Bu məsələ missiyanı asanlaşdırmır”, - Tramp bildirib.