BAKI, 25 may. TELEQRAF

“ABŞ Tehranla diplomatik əlaqələrin istənilən nəticəni vermədiyinə inanarsa, İrana qarşı üçün başqa variantlara əl atacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Prezident Tramp tələsmir, pis razılaşmaya getməyəcək. Alternativ variantları sınamazdan əvvəl diplomatiyaya tam şans verəcəyik”, - o bildirib.

Rubio Vaşinqtonun İranla bağlı növbəti addımlarına toxunaraq vurğulayıb: “Ya yaxşı razılaşma olacaq, ya da fərqli yanaşma tətbiq etməli olacağıq”.

Dövlət katibi qeyd edib ki, iki tərəf hələ də mümkün razılaşmalar üzərində işləyir.