BAKI, 8 may. TELEQRAF

“ABŞ və İran arasındakı müharibənin qalibi Rusiyadır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris deyib.

“İran müharibəsinin əsas qalibinin kim olduğunu bilmək istəyirsiniz? Rusiya”, - o bildirib.

Harris qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edib, Moskva bunun sayəsində neft satışından pul qazanır.

Keçmiş vitse-prezident əlavə edib ki, İranla müharibə səbəbindən Vaşinqton Yaxın Şərqə artilleriya, sursat və hava hücumundan müdafiə avadanlıqları göndərmək məcburiyyətində qalır:

“Əks halda bu resurslar Ukraynaya yönəldiləcəkdi”.