BAKI, 21 aprel. TELEQRAF

ABŞ Dövlət Departamenti Braziliyanın təhlükəsizlik attaşesi Marselo İv de Karvalyoya ölkəni tərk etməyi əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qərar ABŞ Miqrasiya və Gömrük Mühafizəsi (ICE) Braziliyada keçmiş prezident Jair Bolsonaro ilə birlikdə dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan Braziliya kəşfiyyatının keçmiş rəhbəri Aleksandr Ramajemi saxladıqdan sonra verilib.

De Karvalyo Florida ştatının Mayami şəhərində yaşayıb, Braziliya hakimiyyəti ilə ICE arasında təmasların qurulmasında mühüm rol oynayıb.