BAKI, 20 aprel. TELEQRAF

“Braziliya beynəlxalq məsələlərdə ona həvalə olunmuş roldan narazıdır”.

Teleqraf xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.

Dövlət başçısı bildirib ki, Braziliya üçüncü dünya ölkəsi hesab olunmaqdan bezib:

“Braziliyanın imkanlarından danışarkən, artıq kiçik, inkişaf etməkdə olan, üçüncü dünya və görünməz ölkə olaraq qəbul edilməkdən yorulmuş və bezmiş dövləti nəzərdə tuturuq”.

Silva əlavə edib ki, Braziliya son illərdə iqtisadi sabitliyə nail olub və xarici investisiyalar üçün cəlbedici hala gəlib, buna görə də tərəfdaşları ilə ikitərəfli əlaqələri daha da gücləndirməyə hazırdır.