BAKI, 23 fevral. TELEQRAF
“İkinci Dünya müharibəsindən bəri dünyada hakimiyyət və resurslar uğrunda ən amansız mübarizə gedir”.
Teleqraf xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.
“Son 80 ildə qlobal səhnədə görünməmiş sürətlə və intensivliklə hakimiyyət, nəzarət və resurslar uğrunda amansız mübarizə gedir”, - o bildirib.
BMT rəsmisinin sözlərinə görə, dünyada baş verən hadisələr dominantlıq və hegemonluq yaratmaq istiqamətində dərin narahatlıq doğuran tendensiya olduğunu göstərir. Volker Türkün fikrincə, bəzi dünya liderlərinin ritorikasının arxasında qanun və BMT Nizamnaməsindən üstün olduqlarına inam dayanır.
“Onlar nəyin bahasına olur-olsun, öz məqsədlərinə çatmaq üçün “müstəsna status”, “müstəsna təhlükə” və ya “müstəsna hökm” arqumentlərinə istinad edirlər. Əgər heç bir nəticə ilə üzləşməyəcəklərsə, niyə bunu sınamasınlar ki?”, - ali komissar vurğulayıb.