BAKI, 18 oktyabr. TELEQRAF
Noyabr ayında təxminən 42 milyon ABŞ sakini hökumətin fəaliyyətinin dayandırılması səbəbindən ərzaq yardımını itirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tramp administrasiyasının bu duruma müdaxilə edib-etməyəcəyi məlum deyil.
Məqalə müəllifləri aydınlaşdırıblar ki, hər səkkiz amerikalıdan biri qida talonları verən SNAP proqramı vasitəsilə ərzaq yardımı alır.