BAKI, 30 sentyabr. TELEQRAF

“ABŞ istəməsə də, müharibəyə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset deyib.

Virciniya ştatının Kuantiko şəhərindəki Dəniz Piyadaları Korpusunun bazasında yüzlərlə amerikalı general və admiralla görüşdə çıxış edən Heqset bildirib:

“Bu andan etibarən yenidən qurulan Müharibə Departamentinin (Pentaqon) yeganə missiyası döyüşmək, müharibəyə hazırlaşmaq və qalib gəlmək olacaq”.

Amerikalı nazir bu yanaşmanın müharibə istəyi ilə diktə olunmadığını qeyd edib: “Burada heç kim müharibə istəmir, bu bizim sülhü sevməyimizlə izah olunur. Bizim birinci prioritetimiz müharibənin qarşısını almaq üçün kifayət qədər güclü olmaqdır. Prezident həmişə bu barədə danışır. Buna güc vasitəsilə sülh deyilir”.