BAKI, 29 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harris üçün Məxfi Xidmət mühafizəsini ləğv edib.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, ABŞ-də keçmiş prezidentlər ömürlük Məxfi Xidmət mühafizəsi alırlar. Harris, keçmiş vitse-prezident kimi, federal qanuna görə, vəzifədən getdikdən sonra altı ay bu xidmət tərəfindən mühafizə olunub. Bu müddət iyulun 21-də başa çatmışdı.