BAKI, 25 iyun. TELEQRAF
“ABŞ Hərbi Hava Qüvvələri obyektə zərbə endirməzdən əvvəl İran hakimiyyətinin Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavodundan nüvə materiallarını çıxara bilməsi mümkün deyildi”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünmürəm ki, biz çox sürətlə hərəkət etdiyimiz üçün onların oradan nəsə çıxarmaq şansı olmadı. Bu, bəlkə də iki həftə çəkərdi. Bu tip materialı daşımaq çox çətin və çox təhlükəlidir”, - prezident vurğulayıb.
Həmçinin Tramp əlavə edib ki, ABŞ İranın nüvə obyektlərini tamamilə məhv edib.