BAKI, 10 iyun. TELEQRAF
ABŞ-nin Boston şəhərində də hökumətin miqrant siyasətinə qarşı etiraz aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, minlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz olaraq Boston şəhərində meriyanın qarşısındakı meydana toplaşıblar.
İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir!” və “İmmiqrant qonşularımızı qoruyun!” sözləri yazılmış lövhələr tutublar.
Etirazçılar aksiyalarını dayandırmaq üçün ABŞ Prezidenti Donald Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.