BAKI, 1 iyun. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində baş verən atışma nəticəsində biri polis zabiti olmaqla, azı iki nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “ABC News” xəbər yayıb.
Atışmanı törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Atışma zamanı yaralanmış digər polis əməkdaşının vəziyyəti sabitdir.