BAKI, 27 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək imkanını düşünür.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putinin davranışlarından və sülh danışıqlarının ləng getməsindən məyus olub.

Nəşrin həmsöhbətləri bildiriblər ki, məhdudiyyətlər yeni bank sanksiyalarını əhatə etməyəcək, lakin Rusiya liderini danışıqlar masasında, o cümlədən 30 günlük atəşkəs məsələsində güzəştə getməyə məcbur etmək məqsədilə digər təzyiq variantları nəzərdən keçirilir.

Bununla belə, “The Wall Street Journal” qəzetinin mənbələri qeyd edir ki, Tramp Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməməyi də qərara ala bilər.