BAKI, 22 aprel. TELEQRAF
ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qor Prezident Donald Trampın administrasiyasını nasist Almaniyası ilə müqayisə edib.
Teleqraf xəbər verir ki, siyasətçi nasistlərin ideyalarının sonda Almaniyanı məhv etdiyini xatırladıb.
Qor qeyd edib ki, Tramp administrasiyası Adolf Hitlerin Nasist Partiyasının 1930-40-cı illərdə irəli sürdüyü iddialı məqsədlərinə bənzər niyyətlərinə çatmaq üçün “öz reallığını” yaratmağa çalışır:
“Adolf Hitlerin Üçüncü Reyxini hər hansı digər hərəkatlarla müqayisə etməyin niyə yanlış olduğunu çox yaxşı başa düşürəm. Bu, çox pis idi, bunu anlayıram. Amma bu bəlanın tarixində mühüm dərslər var”.
Keçmiş vitse-prezident İkinci Dünya müharibəsindən sonra alman filosofların Üçüncü Reyxlə bağlı şərhlərinə də istinad edib:
“Yürgen Habermasın müəllimi Teodor Adorno yazırdı ki, bu millətin süqutunun ilk addımı həqiqətlə bağlı sualların hakimiyyət məsələlərinə çevrilməsi idi. Adorno nasistlərin həqiqətlə yalan arasındakı fərqlərin mahiyyətinə necə hücum etdiklərini də təsvir edir. İndi Tramp administrasiyası reallığın öz versiyasını yaratmaqda israrlıdır”.