BAKI, 7 aprel. TELEQRAF

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask sosial şəbəkədə Amerika və Rusiyanın coğrafi baxımdan nə qədər yaxın olduğunu izah edən paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda Rusiya və ABŞ-ni Atlantik okeanı və Avropanın bir-birindən ayrılması ilə bağlı ümumi təsəvvürün düzgün olmadığı vurğulanır.

Mask qeyd edir ki, iki ölkə əslində başqa bölgədə - Alyaska və Çukotkanın cəmi 86 kilometr olan Berinq boğazı ilə ayrıldığı yerdə yaxın qonşudur. Boğazda həm də iki ada yerləşir - Kiçik Diomid və Böyük Diomid. Birincisi ABŞ, ikincisi isə Rusiyaya məxsusdur. Adalar arasındakı məsafə 4 kilometrdən azdır. Rusiya adasında kiçik sərhədçi dəstəsi olduğu halda, Amerika adasındakı Diomid şəhərində 82 mülki şəxs yaşayır.

“İki millik məsafədə yerləşən Diomid Rusiyaya ən yaxın Amerika şəhəridir. Məsələ budur ki, qışda su donanda ölkələr arasında buz körpüsü yaranır, bu, sərhədi piyada keçməyə imkan verir”, - milyarder vurğulayır.