
BAKI, 16 mart. TELEQRAF
ABŞ-nin mərkəzi və cənubunda baş verən tornadolar nəticəsində azı 31 nəfər həlak olub.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, güclü tornadolar səbəbindən bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib.
Tornandodan ən çox Missuri ştatı zərər çəkib. Qasırğaların güclü təsirləri Oklahoma, Tennessi, Arkanzas, Texas və Corciya ştatlarında da qeydə alınıb.
Bir sıra ərazilərdə binalar dağıdılıb, nəqliyyat vasitələri aşıb, elektrik enerjisində kəsilmələr var.
Arkanzas və Corciya ştatlarında yeni tornado təhlükələri fonunda fövqəladə vəziyyət elan edilib.
Bundan əlavə, tornado dalğasının İndiana, İllinoys, Kentukki və Missisipi ştatlarında da olacağı gözlənilir.