BAKI, 25 noyabr. TELEQRAF

Adam öldürməyə cəhddə şübhəli bilinən "qanuni oğru" Şakro Molodoyun qardaşı oğlu Vitalik Kalaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Moskvanın Meşçanski Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, Vitalik Kalaşov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2024-cü il dekabrın 30-na keçən gecə Neqlinnaya küçəsində yerləşən mağazaya girib. Orada iki nəfərlə mübahisə edib. Onlar çölə çıxıblar və aralarında dava başlayıb. Münaqişə zamanı V.Kalaşov bıçaq çıxararaq 35 yaşlı zərərçəkmişə bir neçə bıçaq zərbəsi vurub. O, xəstəxanaya yerləşdirilib.