BAKI, 28 oktyabr. TELEQRAF

Bu gün saat 08:10 radələrində 4 nəfər (3 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir.

***

09:33

Bərdədə “Yurd” kafesinin həyətində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf xəbər verir, hadisə rayonunun Kətəlparaq kəndində yerləşən “Yurd” kafesinin həyətində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Evoğlu kənd sakini Əhmədov Pənah Maşallah oğlu şəxsi münasibətlər zəminində Bərdə rayonu Kətəlparaq kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Taleh Ərrəhman oğluna bir bıçaq zərbəsi yetirib.

Yaralı qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı 27 oktyabr 2025-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb.