​BAKI, 30 may. TELEQRAF

Məcburi əməyə cəlb etməkdə ittiham olunan şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Etibar Sozalı oğlu Əliyev zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edib və istismar etdiyinə görə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.