BAKI, 25 mart. TELEQRAF

Kanadada şagirdlərinə əxlaqsız təkliflər edən müəllim saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

37 yaşlı Nicole MacLeod 2024-cü ilin iyununda şagirdinə təcavüz etdiyi üçün həbs edilib. İttihamlara yersiz toxunma və qurbanı ona toxunmağa məcbur etmək cəhdləri daxildir.

MacLeod həmçinin ən azı iki yetkinlik yaşına çatmayan şxslərə nalayiq fotoşəkillər göndərməkdə şübhəli bilinir.